Benites La Liqaya qayıtdı

26.06.2023 12:58
Dünya futbolu
Rafael Benitesin yeni iş yeri müəyyənləşib. Tanınmış ispaniyalı mütəxəssis yenidən vətənində çalışacaq.

"Football-plus.az" xəbər verir ki, o, “Selta”nın baş məşqçisi təyin olunub.

La Liqa təmsilçisinin saytının yaydığı xəbərə görə, 63 yaşlı mütəxəssislə üçillik müqavilə imzalanıb. Onun komandada iyulda fəaliyyətə başlayacağı gözlənilir. İstefaya göndərilən Karluş Karvalyalın yerini tutan Benitesin sonuncu klubu 2022-ci ilin yanvarında ayrıldığı “Everton” olub. 

O, daha əvvəl “Real”, “Napoli”, “İnter”, “Valensiya” və “Liverpul” kimi ambisiyalı klubları da çalışdırıb.