“Qranada”nın yeni baş məşqçisi müəyyənləşib.
Bu vəzifəyə Aytor Karanka təyin olunub. 48 yaşlı mütəxəssis mart ayının əvvəlində istefaya göndərilən Robert Morenonun yerini tutub. Karankanın sonuncu iş yeri “Birmingem” olub. İngiltərə klubundan ötən il ayrılan ispaniyalı məşqçi bu ölkədə daha əvvəl “Nottingem Forest” və “Midlsbro”nu da çalışdırıb. Onun 2010-13-cü illərdə “Real”da Joze Mourinyonun köməkçisi vəzifəsini yerinə yetirdiyini də xatırladaq.
Karankanın yeni komandası La Liqada 32 oyuna 29 xalla 17-ci yeri tutur.