Gürcüstan - Belçika oyunu AÇ-nin tarixinə düşdü

25.06.2023 14:53 279
Dünya futbolu
Dünən gənclər arasında Avropa Çempionatının qrup mərhələsinin 2-ci turu çərçivəsində Gürcüstan Belçika ilə üz-üzə gəldi.

"Football-plus.az" xəbər verir ki, 41887 azarkeşin izlədiyi bu oyun turnirin tarixinə düşdü. Belə ki, bu qarşılaşma 21 yaşa qədər oyunçular arasında AÇ-lərin tarixində ən çox azarkeş toplayan matç oldu. Bu məlumat UEFA-nın rəsmi səhifəsində yerləşdirilib. Görüş Gürcüstanın paytaxtı Tbilisidə keçirilirdi. Oyunun özünə gəlincə, belçikalılar artıq 38-ci dəqiqədə 2:0 hesabı ilə öndə idilər. Maksim De Kuyper ilə Larci Ramazani fərqləndi. Amma meydan sahibləri fasilədən sonra Georgi Çitaişvilinin dublu sayəsində geridönüş etməyi bacardılar - 2:2. 2 turdan sonra Gürcüstan qrupda 4 xalla liderliyini davam etdirir.