"Football-plus.az" saytının məlumatına görə, bunu "Karate Combat" turnirində ABŞ təmsilçisi Coş Kuayhagenə qalib gələn Rafael Ağayev deyib. 38 yaşlı idmançı baxımlı döyüşə görə rəqibinə də təşəkkür edib:
"Ona böyük hörmətim var. Bir daha "çox sağ ol" deyirəm. Dünyanın bütün tanınmış idmançıları burdadı. Onları alqışlayıram".
Qeyd edək ki, 2018-ci ildən "Karate Combat" turnirində çıxış edən Rafael Ağayev bütün döyüşlərini qələbə ilə başa vurub.



