Rafael Ağayev peşəkarlar arasında "Karate Combat"da növbəti döyüşünü keçirib.
"Football-plus.az" saytının məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən Ağayevin 3-cü sınağı ABŞ-ın Orlando şəhərində keçirilib. 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı fransalı Davi Dona ilə qarşılaşıb. İdmançımız hakimlərin qərarı ilə qalib gəlib.