Karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev peşəkarlar arasında "Karate Combat" turnirində növbəti döyüşünə çıxıb.
"Football-plus.az" saytının məlumatına görə, Tokio Olimpiadasının gümüş mükafatçısı ABŞ-dan olan Coş Kuayhagenlə qarşılaşıb. Mayami şəhərində keçirilən döyüş təmsilçimizin qələbəsiylə bitib.
Şahin Atamov isə fransalı Kenci Qrillona uduzub.
Qeyd edək ki, Rafael Ağayev "Karate Combat" turnirində 2018-ci ildən çıxış edir.