Rafael Ağayev "Karate Combat"da çempionluq kəməri qazandı

18.12.2022 10:29 364
İdman
Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti titulunu qazanıb.

5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı peşəkarların mübarizə apardığı "Karate Combat"da uğura imza atıb. O, “Karate Combat 37” çərçivəsində titul görüşünə çıxıb. 37 yaşlı idmançımız ABŞ təmsilçisi Reymond Denielslə üz-üzə gəlib. Bu döyüşdə rəqibini məğlub edən Ağayev çempionluq kəmərini qazanıb.

Xatırladaq ki, Rafael 2018-ci ildən çıxış etdiyi "Karate Combat"da keçirdiyi bütün döyüşlərdə qalib gəlib.