"Neftçi" seleksiya məşqlərinə başlayır

10.11.2022 14:15 360
Premyer-liqa
“Neftçi” Futbol Akademiyası 2015, 2016, 2017-ci il təvəllüdlü uşaqlar arasında seçimlərə start verir.

Football-plus.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, seçimlər 17, 18, 19 noyabr tarixlərində Bakıxanov qəsəbəsindəki “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək və saat 18:00-da başlayacaq.

Qeyd edək ki, seçimlərdə iştirak edəcək uşaqların doğum haqda şəhadətnaməsi tələb olunacaq.