"Məqsədim olimpiya çempionu olmaqdı”

24.06.2023 16:08 208
İdman
“Polşadan qızıl medalla qayıtmaq istəyirik”.

"Football-plus.az" xəbər verir ki, bunu Azərbaycan cüdoçusu Fidan Əlizadə Polşada keçirilən 3-cü Avropa Oyunları barədə Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında deyib.

57 kq çəki dərəcəsində çıxış edən idmançı yığmanın Polşada çempionluğu hədəflədiyini söyləyib. F.Əlizadə şəxsi karyerası ilə bağlı ən böyük məqsədini də bildirib:

“Bu, mənim ilk Avropa Oyunlarımdı. Polşada uğurlu çıxış etməyə çalışacağıq. Komandamla birlikdə ölkəmizi layiqincə təmsil etmək istəyirik. O ki qaldı ən böyük hədəfimə, hər bir idmançı kimi, məqsədim olimpiya çempionu olmaqdı”.


Qeyd edək ki, 3-cü Avropa Oyunlarında cüdo üzrə komandalararası yarış iyulun 1-də keçiriləcək.