Beşqat olimpiya çempionu ölkəni tərk etdi

29.09.2022 19:30 308
İdman
Sinxron üzgüçülük üzrə 5 qat olimpiya çempionu, rusiyalı Anastasiya Davidova ölkəni tərk edib.

39 yaşlı sabiq idmançı vətəninə qayıtmaq barədə düşünmür. Sinxron üzgüçülük üzrə Rusiya yığmasının baş məşqçisi Tatyana Pokrovskaya məsələdən xəbərdar olduğunu bildirib:
"Bu mənim üçün sürprizdi. Bu barədə şərh verə bilmərəm".


Xatırladaq ki, Davidova 2004 və 2008-ci illərdəki Yay Olimpiya Oyunlarında iki, 2012-ci ildəki Olimpiadada isə bir qızıl medal qazanıb. O, həm də 13 qat dünya və 7 qat Avropa çempionudu.