Premyer-liqanın hər turundan sonra, demək olar, əksər elita və divizion təmsilçiləri hansısa qayda pozuntusuna görə Erkin Hüseynovun rəhbərklik etdiyi komitə tərəfindən pul cəriməsinə məruz qalırdı. Bəs görəsən, komitənin sərt üzünü görənlər borclarını bağlayıb?
Bu suala cavab tapmaq üçün PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq. Qurum rəsmisi “Football-plus.az”a açıqlamasında premyer-liqanın bütün klublarının borcunun olduğunu bildirdi:
“Ümumilikdə bütün komandaların PFL-ə ötən mövsümdən borcu qalmaqdadı. Sadəcə, kimdəsə az, kimdəsə çoxdu. Bəzi klublarda isə həddən ziyadə ödənilməmiş kiçik məbləğ qalıb. Ümumilikdə xüsusilə son mövsüm klubların ödənişlərində müsbət qrafik və sabitlik əldə olunub. Bu baxımdan PFL-in və klubların maliyyə şöbələri işlərini qarşılıqlı şəkildə çox rahat icra edirlər. Ümid edirik ki, qısa müddətdə qalan borclar da ödəniləcək”.
RƏŞAD


