Litvalıya etimad göstərdilər

21.06.2023 20:15 224
İdman
“Jalgiris”in baş meneceri Paulyus Moteyunas yekdilliklə basketbol üzrə Avroliqanın növbəti baş direktoru seçilib.

"Football-plus.az" xəbər verir ki, 42 yaşlı litvalı 2022/23 mövsümündə bu vəzifəni tutan və müqavilə müddəti iyulun 31-də bitəcək Marşal Qlikmanı əvəz edəcək. Deyan Bodiroqa isə Avroliqanın prezidenti postunda qalır.

Moteyunas Avroliqa rəhbərliyində yüksək vəzifəyə keçdiyindən “Jalgiris”dəki postunu buraxmalı olacaq.