Klublarımız qitə səhnəsində rəqiblərini tanıdı

19.06.2022 10:56 572
Ölkə futbolu
İyunun 14-də İsveçrənin Nyon şəhərində Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Bakı vaxtı ilə saat 14.00-da başlayan mərasimdə son çempion “Qarabağ”ın da rəqibi bəlli olub. Ağdamlıların bəxtinə Polşa çempionu “Lex” düşüb. Bu mərhələnin ilk oyunları iyulun 5-6-da, cavab görüşləri isə 12-13-də keçiriləcək.

Çempionlar Liqası

1-ci təsnifat mərhələsi

Pünik (Ermənistan) - ÇFR (Rumıniya)

Maribor (Sloveniya) - Şaxtyor (Belarus)

Ludoqorets (Bolqarıstan) - Sutyeska (Monteneqro)

F-91 Düdelanj (Lüksemburq) - Tirana (Albaniya)

Tobol (Qazaxıstan) - Ferentsvaroş (Macarıstan)

Malmö (İsveç) - İlkin mərhələnin qalibi

Ballkani (Kosovo) - Jalgiris (Litva)

HİK (Finlandiya) - RFS (Latviya)

Bude/Qlimt (Norveç) - Klaksvik (Farer adaları)

Nyu Seynts (Uels) - Linfild (Şimali İrlandiya)

Şemrok Rovers (İrlandiya) - Hibernians (Malta)

Lex (Polşa) - QARABAĞ (AZƏRBAYCAN)

Şkupi (Şimali Makedoniya) - Linkoln (Cəbəllütariq)

Zrinski (Bosniya və Hersoqovina) - Şerif (Moldova)

Slovan (Slovakiya) - Dinamo (Batumi, Gürcüstan)

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin də püşkü atılıb. “Qarabağ”ın növbəti mərhələdəki mümkün rəqibi bəlli olub. Ağdamlılar “Lex”i keçəcəyi təqdirdə İsveçrə “Sürix”i ilə qarşılaşacaq. “Qarabağ”ın təşkil etdiyi cüt ilk oyunu evdə keçirəcək. 2-ci təsnifat mərhələsinin oyunları iyulun 19-20-si və 26-27-də baş tutacaq.

İyunun 15-də Nyonda üç komandamızın mübarizəyə qoşulacağı Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin də püşkü atılıb. “Neftçi” ilk oyunu səfərdə Cənubi Kipr təmsilçisi “Aris”ə qarşı keçirəcək. “Qəbələ” də “ağ-qaralar” kimi Avropa turnesinə səfərdə başlayacaq. “Qırmızı-qaralar”ın rəqibi Macarıstan “Fehervar”ı olacaq. “Zirə” isə ilk görüşü doğma azarkeşləri qarşısında keçirəcək. “Qartallar” iyulun 21-də “Dalğa Arena”da Təl-Əviv “Makkabi”sini qonaq edəcək.

Konfrans Liqası

2-ci təsnifat mərhələsi

Qzira Yunayted (Malta)/Atletik (Andorra) – Radniçki (Serbiya)

Qomel (Belarus) – Aris (Yunanıstan)

Botev (Bolqarıstan) – APOEL (Cənubi Kipr)

Fehervar (Macarıstan) – QƏBƏLƏ (AZƏRBAYCAN)

İstanbul BŞ (Türkiyə) – Makkabi (Netaniya, İsrail)

Aris (Cənubi Kipr) – NEFTÇİ (AZƏRBAYCAN)

Velej (Bosniya və Hersoqovina) – Alaşkert (Ermənistan)/Hamrun Spartans (Malta)

Saburtalo (Gürcüstan)/Partizani (Albaniya) – FKSB (Rumıniya)

ÇSKA (Bolqarıstan) – Makedoniya (Makedoniya)

Hapoel (Beer-Şeva, İsrail) - Dinamo (Minsk, Belarus)/Deçiç (Monteneqro)

ZİRƏ (AZƏRBAYCAN) – Makkabi (Təl-Əviv, İsrail)

Vlajniya (Albaniya) – Universitatya (Krayova, Rumıniya)

Ararat (Ermənistan) - Dinamo (Tiflis, Gürcüstan)/Payde (Estoniya)

Kayrat (Qazaxıstan) – Kişvarda (Macarıstan)

BATE (Belarus) – Konyaspor (Türkiyə)

Sepsi (Rumıniya) - Olimpiya (Lyublyana, Sloveniya)/Differdanj (Lüksemburq)

Kızıljar (Qazaxıstan) – Osiyek (Xorvatiya)

Liepaya (Latviya)/Gilyani (Kosovo) – Yanq Boyz (İsveçrə)

Rapid (Avstriya) - Lexiya (Polşa)/Pandev Akademiyası (Makedoniya)

Flora (Estoniya)/SJK (Finlandiya) – Lillestrem (Norveç)

Breydablik (İslandiya)/Santa-Koloma (Andorra) - Buduçnost (Monteneqro)/Lapi (Kosovo)

Sent Patriks (İrlandiya) - Sfıntul George (Moldova)/Mura (Sloveniya)

Larne (Şimali İrlandiya)/Sent-Cozefs (Cəbəllütariq) – Slaviya (Çexiya)

Spartak (Slovakiya) - HB Torshavn (Farer adaları)/Nyutaun (Uels)

Suduva (Litva) – Viborq (Danimarka)

Vikinqur (Farer adaları)/Europa (Cəbəllütariq) - Dunayska Streda (Slovakiya)/Kliftonvill (Şimali İrlandiya)

Poqon (Polşa)/Reykyavik (İslandiya) – Brondbü (Danimarka)

Tre Penne (San Marino)/Tuzla Siti (Bosniya və Hersoqovina) – Alkmaar (Niderland)

Motervel (Şotlandiya) - Bala Taun (Uels)/Slayqo Rovers (İrlanidya)

Molde (Norveç) – Elfsborq (İsveç)

Koper (Sloveniya) – Vaduts (Lixtenşteyn)

Borats (Bosniya və Hersoqovina)/B-36 Torshavn (Farer adaları) - Tre Fyori (San Marino)/Fola (Lüksemburq)

Rujomberok (Slovakiya)/Jalgiris (Litva) - Derri Siti (İrlandiya)/Riqa (Latviya)

Bazel (İsveçrə) - Meqpays (Cəbəllütariq)/Kruzeyders (Şimali İrlandiya)

Antverp (Belçika) - İnter (Finlandiya)/Drita (Kosovo)

Floriana (Malta)/Petrokub (Moldova) - Laçi (Albaniya)/İskra (Monteneqro)

Rasinq (Lüksemburq) – Çukariçki (Serbiya)

Levski (Bolqarıstan) – PAOK (Yunanıstan)

Gimaraynş (Portuqaliya) – Puşkaş Akademiyası (Macarıstan)

Riyeka (Xorvatiya) – Yurqorden (İsveç)

AİK (İsveç) – Vorskla (Ukrayna)

Valmiera (Latviya) - Şkendiya (Şimali Makedoniya)/Ararat (Ermənistan)

Rakuv (Polşa) – Astana (Qazaxıstan)

KuPS (Finlandiya)/Dila (Gürcüstan) - Panevejis (Litva)/Milsami (Moldova)

Sparta (Çexiya) – Vikinq (Norveç)

Onu da qeyd edək ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində məğlub olan komandalar da Konfrans Liqasının 2-ci təsnifat mərhələsində mübarizə aparacaq. Həmin cütlər belə formalaşıb:

İlkin mərhələnin ikinci yarımfinalının məğlubu - Ballkani (Kosovo)/Jalgiris (Litva)

Malmö (İsveç)/ilkin mərhələnin qalibi – Nyu Seynts (Uels)/Linfild (Şimali İrlandiya)

Ludoqorets (Bolqarıstan)/Sutyeska (Monteneqro) – Bude/Qlimt (Norveç)/Klaksvik (Farer adaları)

Şemrok Rovers (İrlandiya)/Hibernians (Malta) – ilkin mərhələnin 1-ci yarımfinalının məğlubu

F-91 Düdelanj (Lüksemburq)/Tirana (Albaniya) - Zrinski (Bosniya və Hersoqovina)/Şerif (Moldova)

Lex (Polşa)/ QARABAĞ (AZƏRBAYCANA) - Slovan (Slovakiya)/Dinamo (Batumi, Gürcüstan)

Pünik (Ermənistan)/ÇFR (Rumıniya) – ilkin mərhələnin finalının məğlubu

Tobol (Qazaxıstan)/Ferentsvaroş (Macarıstan) - Şkupi (Şimali Makedoniya)/Linkoln (Cəbəllütariq)

RƏŞAD