Nikolo Barella ilə bağlı şayiələr sona çatmaq üzrədi.
"Football-plus.az" xəbər verir ki, onun “İnter”də nə vaxta qədər oynayacağına artıq böyük ölçüdə aydınlıq gəlib. Fabritsio Romano yarımmüdafiəçinin bu yay klubunu dəyişməyəcəyini bildirib. Məşhur jurnalist Barellanın müqaviləsinin müddətinin sonuna qədər “İnter”də qalmaq qərarına gəldiyini xəbər verib. Nikolo Milan klubuna müqavilə ilə 2026-cı ilin yayına qədər bağlıdı.