Eden Azar ilə bağlı növbəti xəbər yayılıb.
"Football-plus.az" xəbər verir ki, “Real” ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında pozan yarımmüdafiəçinin tezliklə yaşıl meydanı tərk edəcəyi iddia olunur. “Ekip” qəzetinin yazdığına görə Azar MLS klubundan təklif alıb. Ancaq karyerasını başa vurmağa daha yaxındı.
Eden “Real”da 2019-cu ildən çıxış edirdi. Ötən 4 ildə çox sayda zədə aldığı üçün komandaya faydalı ola bilməyən 32 yaşlı belçikalı futbolçunun La Liqada 54 oyuna 4 qol vurduğunu da xatırladaq.