Qışda “Real”ı tərk etmək istəyir

8.11.2022 19:51 351
Dünya futbolu
Eden Azar tezliklə “Real”ı tərk etmək istəyir.

Belçikalı futbolçu oyun praktikası qazanmaq üçün qışda klubunu dəyişməyi planlaşdırır. “Marka” qəzetinin yaydığı xəbərə görə, Eden artıq Karlo Ançelottinin rəhbərlik etdiyi komandada əsas heyətdə möhkəmlənə bilməyəcəyini anlayıb.

Onun klubla müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.