Yığma komandamız qalib gəldi

17.06.2023 10:00 246
Yığma
Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 2:1 hesablı qələbə qazanıb. U-19-un qollarını 45+1-ci dəqiqədə Sadiq Şəfiyev, 82-ci dəqiqədə isə Ravil Qafarov vurub.

Yığmamız hazırlıq çərçivəsində növbəti oyununu iyunun 20-də Belarusun U-19 komandasına qarşı keçirəcək.