Gürcüstanın Rustavi şəhərində təlim-məşq toplanışı başa vuran 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.
Football-plus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yerli komanda ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub.
Komandamızın heyətində 46-cı dəqiqədə Sadiq Şəfiyev fərqlənib.
Qeyd edək ki, bu rəqiblərin oktyabrın 18-də keçirilmiş ilk oyununda millimiz 2:1 hesablı qələbə qazanmışdı.