• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şahmat Federasiyası ermənilərin cavabını verdi - AÇIQLAMA

İdman / Manşet

15-06-2023, 21:0

Ermənistan şahmatçıları iyulun 30-dan avqustun 24-dək Bakıda keçiriləcək dünya kubokuna qatılmayacaq. Bu haqda həmin ölkənin şahmat qurumunun vitse-prezidenti Smbat Lputyan məlumat verib:

"Biz dünya kubokunda iştirak etməyəcəyik. Ermənistandan olan qrossmeysterlər Bakıya getməyəcək. Bu qərar təhlükəsizlik baxımından verilib”


Qeyd olunanlarla bağlı Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun fikirlərini öyrəndik. Onun "Football-plus.az"a dedikləri belə oldu:

“Bakı mütəmadi olaraq şahmat və digər idman növləri üzrə mötəbər yarışlara evsahibliyi edib. 2015-ci ildə paytaxtımızda nüfuzlu dünya kubokunun təşkilatçılığı ən yüksək səviyyədə həyata keçirilib. Mötəbər yarışda iştirak edən erməni şahmatçılar - Levon Aronyan, Qabriel Sarkisyan, Samvel Ter-Sahakyan və Qrant Melkumyanın yarışda iştirakı ilə bağlı heç bir problem yaşanmayıb. Onlar digər şahmatçılarla birlikdə turnir zalında rahat şəkildə şahmat mübarizəsində iştirak edib. Dünya kubokundan sonra erməni şahmatçısı Levon Aronyan hətta Bakının tarixi məkanı İçərişəhərdə olub, turistlərin sevimli yeri – “Brilliant əl” filminin çəkildiyi küçəni ziyarət edib. Aronyan yarışdan sonra verdiyi müsahibələrdə də ölkəmizin təşkilatçılığını yüksək qiymətləndirib və heç bir problemin olmadığını etiraf edib. Bununla yanaşı, Bakının evsahibliyi etdiyi 1-ci Avropa Oyunlarında da erməni şahmatçılar iştirak edib, açılış mərasimində paraddan keçib.
Hazırkı məqamda təhlükəsizlik məsələsi ilə bağlı fikirlər bəhanə xarakteri daşıyır.

Azərbaycan Şahmat Federasiyası 2023-cü ilin iyul-avqust aylarında Bakıda təşkil olunacaq dünya kubokunun yüksək səviyyədə keçiriləcəyini bildirir. Erməni şahmatçılar da dünya kubokunun digər iştirakçıları kimi təhlükəsiz şəraitdə mötəbər yarışda iştirak edə bilər.

Gənclər və İdman Nazirliyi hökumətimiz adından bütün iştirakçılara, o cümlədən erməni şahmatçılara təhlükəsizliklə bağlı zəmanət verib. Dünya kubokuna vəsiqə qazanan bütün iştirakçılar rahat şəkildə bu yarışda iştirak edəcək".

Maraq üçün əlavə edək ki, 2015-ci ildə Bakıda keçirilən analoji yarışa Levon Aronyan başda olmaqla 4 erməni qatılmışdı. Hazırda ABŞ-ı təmsil edən Aronyan nədənsə, bu dəfə Bakıya gəlməyi lazım bilməyib. Tanınmış şahmatçılardan son dünya çempionu Din Lijen (Çin), Hikaru Nakamura (ABŞ), Əlireza Firuzca (Fransa), Vişvanatan Anand (Hindistan) və Rixard Rapport (Macarıstan) da yarışa qatılmayacaq. FİDE-dən fərdi dəvət alan Sergey Karyakin isə iştirak etməməsinin səbəbini Rusiya bayrağı və himni olmadan çıxışı arzulamaması ilə izah edib.

Qeyd edək ki, FİDE yarışda "on-line" iştirak etmək istəyən ermənilərin təklifini qəbul etməyib.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

İdman

5-05-2023, 16:0

Bakıda keçiriləcək şahmat üzrə Dünya kuboku ilə bağlı müqavilə imzalandı

İdman

14-12-2022, 12:0

Dünya kuboku Bakıda keçiriləcək

İdman

7-08-2022, 13:0

Ali şahmat qurumunda seçkilər: Mahir Məmmədov vitse-prezident seçildi

İdman

28-05-2022, 12:0

Özbəkistan Şahmat Federasiyası ilə əməkdaşlıq müzakirə edildi

İdman

15-04-2022, 13:0

Şahmat Federasiyasında ilin ilk iclası keçirildi

İdman

23-08-2022, 13:0

Şahmat Olimpiadasına start verildi

Aktual
"Zirə"nin toplanış yeri hara olacaq?
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
Son xəbərlər
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Dünən, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Dünən, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Dünən, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Dünən, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Dünən, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Dünən, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Dünən, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Dünən, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə