“Football-plus.az” xəbər verir ki, qadınlar arasında ən yüngül çəki üzrə çempionatda braziliyalı Amanda Nunes də mübarizə aparıb. O, meksikalı İrene Aldana üzərində qələbə qazanıb.
Qeyd edək ki, braziliyalı 35 yaşlı döyüşçü ən yüngül çəkidə dəfələrlə UFC çempionu olub. O, ilk kəmərini 2016-cı ildə əldə edib. Ümumilikdə Nunesin hesabında 23 qələbə və 5 məğlubiyyət var. Amanda döyüşdən sonra karyerasını bitirdiyini açıqlayıb. Onun bu qərarı UFC prezidenti Dana Uaytı təəccübləndirməyib:
“Amanda bu gün möhtəşəm təsir bağışladı, əla çıxış etdi. Onun karyerasını bitirməklə bağlı qərarından şoka düşmədim. Amanda çoxlu pul qazanıb və indi 10 il əvvəlki kimi yaşamır”.

