Kannavaro B seriyasında 5 ay işləyə bildi

8.02.2023 19:30 231
Dünya futbolu
Fabio Kannavaronun B seriyasındakı fəaliyyət müddəti cəmi 5 ay çəkib. Ötənlərin məşhur futbolçusu “Benevento”dan qovulub.

İtaliya yığması ilə DÇ-2006-nın qalibi olan Kannavaro komandaya ötən ilin sentyabrında təyinat almışdı. 49 yaşlı mütəxəssisin istefaya göndərilməsinə uğursuz nəticələr səbəb olub. Son turda “Venetsiya”ya uduzan (1:2) “Benevento” İtaliya çempionatının 2-ci divizionunda 20 komanda arasında 19-cu yeri tutur.

Rəhbərlik Kannavaronun köməkçisi olan qardaşı Paolonu da vəzifəsindən azad edib.