Gimnastlarımız "AGF Trophy"də qızıl və gümüş medallar qazanıblar

15.04.2023 21:10 270
İdman
Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində Azərbaycan gimnastları qızıl və gümüş medallar qazanıblar.

"Football-plus.az" xəbər verir ki, böyüklərdən ibarət millinin üzvləri Zöhrə Ağamirova və Alina Gözəlova komanda hesabında birinci olublar.

Bundan əlavə, bu gün başa çatan fərdi çoxnövçülük proqramında Zöhrə Ağamirova qızıl, Alina Gözəlova isə gümüş medala layiq görülüb.

Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovanın yer aldığı Azərbaycanın gənclərdən ibarət qrup komandasının üzvləri isə çoxnövçülük proqramında gümüş medal qazanıblar.

Qeyd edək ki, "AGF Trophy" beynəlxalq turniri aprelin 16-dək davam edəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul