Bədii gimnastika üzrə 7-ci Bölgələrarası Kuboka start verildi

6.05.2023 12:53 270
İdman
Lənkəran Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 7-ci Bölgələrarası Kuboka start verilib.

"Football-plus.az" xəbər verir ki, yarışda “Ocaq Sport” Klubunun Zaqatala, Şamaxı, Ağdaş bölmələri, Abşeron, Naxçıvan, Masallı, Sumqayıt, Lənkəran, İsmayıllı, Qusar, Göyçay Olimpiya İdman Kompleksi, Mingəçevir - “Kür” Olimpiya Tədris-İdman Mərkəzindən 36 gimnast qüvvəsini sınayır.

Onlar balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-cu il) yaş kateqoriyasında çıxış edəcəklər.

Yarışda balacalar - alətsiz, gürzlər, lent, yeniyetmələr - alətsiz, top, gürzlər, gənclər isə - halqa, top, gürzlər və lentlərlə bacarıqlarını nümayiş etdirəcəklər.

Qaliblər çoxnövçülük proqramında müəyyənləşəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul