• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rusiyanın 6-cı tennisçisi Fransanı seçdi: “Bu qərarı hələ pandemiyadan əvvəl vermişdim”

İdman

12-06-2023, 19:0

Rusiyanın 6-cı qadın tennisçisi və dünya reytinqinin 41 nömrəsi Varvara Qraçeva, nəhayət, Fransa vətəndaşlığı alıb.

"Football-plus.az" xəbər verir ki, 22 yaşlı xanım bu niyyətini çoxdan açıqlamışdı və indi “Ekip”in yaydığı xəbərə görə, üçillik cəhdləri nəticə verib. Son 6 ildə Fransanın Kann şəhərində yaşayan və məşq edən Varvara qarşıdakı turnirlərdə artıq protokolda bayrağı dəyişə və Fransa yığmasına dəvət oluna bilər (yığmada Karolin Qarsiyadan sonra reytinqdə ikinci olacaq). Bəs Rusiya tennisi bu transferdən nə itirəcək və Varvara özü nə qazanacaq?
Vətəndaşlığını dəyişən idmançı yaxınlarda verdiyi müsahibədə belə demişdi:

“Artıq 6 ildən çoxdu Fransada yaşayıram. Yaxşı məşq bazam var. Fransanın mədəniyyəti, həyat tərzi, adamları xoşuma gəlir. Həmişəlik burda qalmaq istəyirəm. Burda dostlarım var, bu ölkədə özümü yaxşı hiss edirəm. Bu qərarı hələ pandemiyadan əvvəl vermişdim. Billi Cin Kinq kubokunda Fransa yığması adından çıxış edə biləcəm. Əlbəttə, yerli federasiya məni komandanın heyətinə salsa”.


Varvara bir müddət əvvəl iddia edirdi ki, bayrağı dəyişməklə bağlı addımlarının siyasətlə heç bir bağlılığı yoxdu. Ancaq hadisələrin indiki axarında belə hərəkətlər istər-istəməz qeyri-sağlam ajiotaj doğurur. Bir halda ki, xüsusən tennisdə kiçik yaşlarından bəri ölkə xaricində yaşayan və məşq edən, bununla belə, yarışlarda məhz Rusiyanın adından çıxış edən xeyli idmançı var. Mariya Şarapovanın karyerası belələrinə dair ən parlaq nümunədi. Bundan başqa, Qraçeva Fransa pasportu almaqla yanaşı, Rusiyanın idman vətəndaşlığını da qoruya bilərdi.

Düzdü, Varvara hazırda davam edən “Rolan Qarros”un elə 2-ci mərhələsində mübarizəni dayandırdı. Bununla belə, mövsümü ümumilikdə yaxşı keçirir və böyük ümidlər vəd edir. O, yazın əvvəlində formasının zirvəsində idi, Ostin turnirində finala qədər irəliləyə, WTA-1000 və İndian-Uells turnirlərində 1/4 finalda oynaya bilmişdi. Varvaranın Qazaxıstan yığmasını seçəndən sonra önəmli şəkildə “artıran” və indi qadın tennisində “top-3”ün həndəvərində olan Yelena Rıbakinanın taleyini təkrarlaması nəzəri cəhətdən mümkündü. Ancaq tennisdə hadisələrin axarını proqnozlaşdırmaq çətindi. Elə Qraçeva ilə bağlı tarixçə də Rıbakinanın yaşadıqlarından fərqlidi.

Moskvaətrafı Jukovski şəhərində dünyaya gələn Varvara 14 yaşında Almaniyanın Münster şəhərinə köçüb və orda bir müddət Nina Bratçikovanın rəhbərliyi altında məşq edib. 16 yaşından isə Kannda yaşayır. Orda əvvəlcə Jan-Rene Lisnarın (Daniil Medvedevin sabiq məşqçisi) əlinin altında çalışıb, indi isə digər yerli mütəxəssis Jerar Solveslə çalışır. Yeri gəlmişkən, Varvara indiyə qədər Rusiya yığmasına cəlb olunmayıb. Sadəcə, ona görə ki, ulduz həmvətənlərinin kölgəsində qalıb. 2022-dən bəri isə rusiyalı tennisçiləri məlum səbəbdən Billi Cin Kinq kubokuna buraxmırlar. Məhz bu turniri, həmçinin qarşıdakı Paris Olimpiadasını gənc ulduzun idman vətəndaşlığını dəyişməsi baxımından ciddi əsas saymaq olar.

Həqiqətə daha yaxın olan daha bir versiya isə maddi həvəsləndirmə ilə bağlıdı. Fransa Tennis Federasiyası oyunçulara real şəkildə yardım etməsi ilə tanınır. Məsələn, böyük turnirlərə “wild card” almaqda və ya tennis klublarında məşq etmək üçün ciddi endirimlər müəyyənləşdirməkdə. İdman vətəndaşlığını dəyişməyin əvəzində bütün bu məsələlərdə imtiyaz yiyəsi olmaq tam real variantdı. Bu başqa məsələ ki, hazırda çabalayan Rusiya tennisinin də Varvaraya hansısa alternativ təqdim etmək imkanı yoxdu.

Rusiya vətəndaşlığından imtina edən, fəaliyyətdə olan tennisçilər
oyunçu ölkə keçdiyi il reytinqi
Mixail Kukuşkin Qazaxıstam 2008 296
Yuliya Putintseva Qazaxıstan 2012 58
Arina Rodionova Avstraliya 2014 206
Darya Qavrilova (Sevill) Avstraliya 2015 137
Timofey Skatov Qazaxıstan 2015 147
Aleksandr Bublik Qazaxıstan 2016 51
Yelena Rıbakina Qazaxıstan 2018 4
Natela Dzalamidze Gürcüstan 2022 69*
Varvara Qraçeva Fransa 2023 41
* cütlərin reytinqi.

Paylaş:
Digər xəbərlər

İdman

30-03-2023, 21:0

Rusiyalı tennisçi daha Fransanı təmsil etmək istəyir

İdman

13-03-2023, 17:0

Kostyuk rusiyalı rəqibinin əlini niyə sıxmayıb?

Dünya futbolu

17-01-2023, 16:0

Fransa yığmasında növbəti ayrılıq

İdman

10-01-2023, 19:0

16 rus bu turnirdə iştirak edəcək

DÇ

29-11-2022, 13:0

Benzema mundialda iştirak edə bilər

Aktual
Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
Son xəbərlər
  • Bu gün, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Bu gün, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Bu gün, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Bu gün, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Bu gün, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Bu gün, 11:09
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Bu gün, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Bu gün, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Bu gün, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 485
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 255
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 200
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 195
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə