“Australian Open”in mətbuat xidməti artıq iştirakçıların siyahısını da açıqlayıb.
Əsas siyahıya Rusiyanın kişi tennisçilərindən Daniil Medvedev, Andrey Rublev, Karen Xaçanov, Aslan Karatsev və Roman Safilullin, qadın tennisçilərindən isə Darya Kasatkina, Veronika Kudermetova, Lyudmila Samsonova, Anastasiya Pavlyuçenkova, Yekaterina Aleksandrova, Anastasiya Potapova, Anna Kalinskaya, Anna Blinkova, Yevgeniya Rodina, Kamilla Rəhimova və Varvara Qraçova düşüb.
Xatırladaq ki, ötənilki “Uimbldon” turnirinin təşkilatçıları Rusiya və Belarus tennisçiləri önündə “qırmızı işıq yandırdığına” görə ATP tərəfindən 1 milyon dollar cərimələnmişdi.