2023/24 mövsümünə böyük dəyişikliklərlə hazırlaşan "Səbail"in növbəti transferinin adı bəlli olub.
"Football-plus.az" xəbər verir ki, "dənizçilər" Rəhman Hacıyevlə yaxından maraqlanır. "Gəmiçilər" yarımmüdafiəçini icarə əsasında heyətinə qatmaq niyyətindədi.
Qeyd edək ki, Rəhman Hacıyevin "Neftçi" ilə 2024-cü ilin mayına kimi müqaviləsi var.
İLKİN SULTANLI