"Neftçi"nin 2 futbolçusu Yunanıstan klublarının hədəfində

13.12.2022 09:56 1 685
Premyer-liqa / Manşet
Qış fasiləsində "Neftçi" 2 futbolçusu ilə yollarını ayıra bilər.

Football-plus.az xəbər verir ki, diqqət mərkəzində olanlar gənclərdi. Söhbət Ramin Nəsirli və Vüsal Əsgərovdan gedir. Bu mövsüm əsas heyətdə az şans qazanan futbolçularla Yunanıstan klubları yaxından maraqlanır.

Ramin Nəsirli 2 klubun diqqətini çəkib. Yunanıstanın 1-ci divizionunda çıxış edən "Makedonikos" və "Kalamata" yarımmüdafiəçini əvvəlcə icarə, daha sonra birdəfəlik transfer etmək istəyirlər.

Vüsal Əsgərova da eyni liqadan təklif var. AEL (Larissa) yarımmüdafiəçini icarə əsasında heyətinə qatmaq istəyir.