"Ölkə voleybolunda yeni nailiyyətlər haqqında düşünürük" - Faiq Qarayev

8.06.2023 14:47 200
İdman
"Artıq ölkə voleybolunda yeni nailiyyətlər haqqında düşünürük".

"Football-plus.az" xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev yeniyetmə və gənc qızlardan ibarət millinin yeni baş məşqçisi Şahin Çatmanın təyinatı ilə bağlı təşkil olunmuş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis keçmişdəki uğurların tarixdə qaldığını söyləyib:

"1990-cı illərin əvvəllərindən Şahin Çatmanı tanıyıram. O, çox çalışqan insandır. Türkiyədə də bərabər işləmişik. Çatmanın Azərbaycana gəlməyinə sevinirəm, ona uğurlar arzulayıram və təyinatı münasibəti ilə təbrik edirəm. Bizim məqsədimiz birdir: yeni nailiyyətlər əldə etmək".


Qarayev Şahin Çatmanın 3 ildən sonra nəticə verəcəyinə inandığını vurğulayıb.