Futzal üzrə Çempionlar Liqasında ölkəmizi təmsil edən "Araz-Naxçıvan" yer aldığı 5-ci qrupda uğursuzluqla üzləşdi.
"Football-plus.az" xəbər verir ki, bütün oyunlarda uduzan son illərin dəyişməz çempionu azarkeşləri xəyal qırıqlığına uğratdı. Fiaskonun səbəbləri ilə bağlı vaxtilə "Araz-Naxçıvan"ın və millinin şərəfini qoruyan Vitali Borisovla əlaqə saxladıq:
"Araz-Naxçıvan"dan belə çıxış gözləmirdim. Komandanın həm avrokuboklarda yetərincə təcrübəsi var, həm də qrupda yer alan rəqiblər bizdən yüksək reytinqə malik deyildi. Biz də uzun müddət "Araz-Naxçıvan"da oynamışıq, amma avrokuboklarda belə uğursuz çıxış olmayıb. Komandada ciddi problemlərin olduğu şübhə doğurmur. Düşünürəm ki, Rövşən Hüseynlinin yoxluğu da komandanın çıxışına təsirsiz ötüşmədi. Deyə bilmərəm, qolkiperlə baş məşqçi və ya kıub rəhbərliyi arasında nə baş verib. Amma fakt odu ki, uzun illərdi "Araz-Naxçıvan"ın formasını geyən və milli təcrübəsi olan Rövşənin yeri “doldurulmamışdı”, heyətdə yer alan qapıçılar zəif çıxışla “göz oxşadı”. Hər halda, baş məşqçi və klub rəhbərliyi problemləri daha yaxşı bilir və düşünürəm ki, ciddi tədbirlər görəcəklər".
ABDULLA İSMAYILOĞLU