• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Nail Kərimov: “Ardıcıl iki il boyumuzdan yuxarı tullanmışıq” - MÜSAHİBƏ

Aktual / Müsahibə

7-06-2023, 14:0

2022/23 mövsümünü “Qəbələ” üçün uğurlu saymaq olar. “Qırmızı-qaralar” Konfrans Liqasına vəsiqə qazandı.

Ötən şənbə isə ölkə kubokunun qalibi oldu. Başqa klublarda uğuru həm baş məşqçinin, həm də komandanın və ya rəhbərliyin adına yazmaq olar. “Qəbələ” isə bu nəticələri kollektiv olaraq əldə etdi. Lakin arxa planda olan Nail Kərimov inkişafın memarlarından biridi. O, çətin anlarda “qırmızı-qaralar”ı tərk etmədi. İşinə köklənərək “radarlar”ın bu nöqtəyə gəlməsində rol oynadı. Kubokun qalibi olmalarına görə ən çox sevinənlərdən biri də məhz o idi.

"Football-plus.az" olaraq bu məqamı nəzərə alıb klub rəsmisi ilə söhbətləşdik.

- 2022/23 mövsümü “Qəbələ” üçün uğurlu oldu. Komanda Konfrans Liqasına vəsiqə qazandı, ölkə kubokunun qalibi oldu. Klub rəsmisi kimi cari “futbol ili”ni dəyərləndirməyinizi istərdik...
- Kuboku qazanmağımız xüsusi hadisədi. Buna görə komandaya təşəkkürümü bildirirəm. Klub olaraq, əlimizdən gələn hər şeyi etmişdik. Xüsusi hazırlıq görmüşdük ki, komanda meydanda əzmkar mübarizə aparsın. Bu gün də kollektivdən istidəyimiz oyunu gördük. Meydanın hər qarışı uğurdan mübarizə apardılar. Çünki bilirdik ki, ancaq belə əzmkarlıqla qalib gələ bilərik. İstəməsən, inanmasan, qələbə qazanmaq mümkün deyil. Klub rəhbərindən tutmuş, adi əməkdaşa qədər hamımız qalib gələcəyimizə inanırdıq. Bu səbəbdən də Azərbaycan kubokunun qalibi olduq. Mövsümü major notda başa vurduq. Düşünürəm ki, bütün bunları nəzərə alaraq cari “futbol ili”nin “Qəbələ” üçün uğurlu olduğunu söyləyə bilərik.

- “Qəbələ” addım-addım əvvəlki əzəmətini qaytarır. Növbəti hədəf Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdı?
- Bütün işlərdə ənənə ən vacib məsələdi. Biz də klubumuzda bunu yarada bilmişik. Enişlər, yüksəlişlər həmişə olur. Bu, ancaq maddi vəziyyətlə bağlı deyil. Bəzən elə olur ki, imkan yaxşı olanda da uğursuzluqla üzləşirsən. Ardıcıl iki il boyumuzdan yuxarı tullanmışıq. Bunu bacarmışıqsa, deməli, qarşımıza növbəti hədəflərin qoyulmasının vaxtıdı. Rəhbərlik əlindən gələn hər şeyi edir ki, əzəmətimizi qaytaraq.

- Komanda uğurlu nəticələr əldə edəndə rəhbərliyin işi bir qədər də çətinləşir. Sabitlik üçün heyəti qorumaq əsas məsələlərdən biridi. Bu, “Qəbələ” üçün çətin olmayacaq?
- Əsas məqsədimiz budu. Amma bəribaşdan deyə bilərəm ki, bütün komandanı qorumaq mümkün olmayacaq. Artıq bəzi futbolçuların kollektivi tərk edəcəyini bilirik. Onları layiqincə əvəz edəcək futbolçuların axtarışındayıq. Düşünürəm ki, bunu bacaracağıq. Növbəti mövsümdən daha yaxşı nəticələr əldə edəcəyimizə inanıram. Detallar barədə indi nəsə deyə bilmərəm. Çünki son həftə əsas fikrimiz ölkə kubokunun finalı idi. Konkret bu görüşə köklənmişdik. Bazar günündən etibarən Konfrans Liqasının oyunları və heyətlə bağlı planlara başlamışıq.

- “Qəbələ”nin uğurlu çıxışının əsas memarı, təbii ki, baş məşqçi Elmar Baxşıyevdi. Onunla yola davam edəcəksiz?
- Elmar müəllimlə uzun müddət əvvəl şifahi razılıq əldə etmişdik. Yenə deyirəm, ötən həftə heç kimə dəymədik. Çünki hamının fikri kubokun finalında idi. Artıq digər məsələlər haqda düşünməyə başlamışıq.

- Konfrans Liqasında iştirak etmək üçün üç stadion sifariş vermisiz. Bunlar Qəbələ şəhər stadionu, “Dalğa Arena” və “Bakcell Arena”dadı. Komanda avrokuboklarda mübarizəyə hansı stadionda başlayacaq?
- Qəbələdəki arena ilk iki mərhələ üçün yararlıdı. Bu səbəbdən də ilk oyunumuzu burda keçirəcəyik. Yolumuza davam etsək, “Dalğa Arena”da oynayacağıq. Qrup mərhələsi üçün isə bizim üçün doğmalaşan “Bakcell Arena”nı sifariş etmişik.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə kuboku / Manşet

3-06-2023, 22:0

"Qəbələ" ölkə kubokunun qalibi oldu - YENİLƏNİB

Ölkə futbolu / Konfrans Liqası

27-05-2023, 19:0

Konfrans Liqasına son vəsiqəni "Qəbələ" qazandı

Ölkə futbolu

5-04-2022, 11:0

"Konfrans Liqasına vəsiqə qazanmaq üçün hələ 7 çempionat oyunu var" - "Qəbələ"nin futbolçusu

Ölkə futbolu / Manşet

2-06-2023, 17:0

Nail Kərimov: “Bu heyəti qorumaq bizim üçün çətin olacaq” - MÜSAHİBƏ

Ölkə futbolu / Ölkə kuboku

27-04-2023, 10:0

"Qəbələ" üçün 10-cu yarımfinal

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 103
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 88
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə