Konfrans Liqasına son vəsiqəni "Qəbələ" qazandı

27.05.2023 19:36 323
Ölkə futbolu / Konfrans Liqası
Bu gün Azərbaycanın Konfrans Liqası yarışındakı sonuncu iştirakçısı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu, "Qəbələ"di.

Komanda son turda "Kəpəz"lə heç-heçə edib - 1:1. Bu nəticədən sonra xalını 50-yə çatdıran Elmar Baxşıyevin komandası yarışı 4-cü pillədə başa vurub. "Zirə" də eyni xalı toplasa da, şəxsi oyunlarda üstünlüyə görə komanda ilk 4-lükdə yer alıb. Beləliklə, Azərbaycan kubokunun finalında “Neftçi” ilə matçın nəticəsindən asılı olmayaraq, "Qəbələ" 2023/24 mövsümündə Konfrans Liqasının birinci mərhələsindən yarışacaq.

Qeyd edək ki, mövcud qaydalara əsasən, KL-ə vəsiqə alan 3-cü yerin sahibi (indiki halda “Neftçi”) kuboku da qazanırsa, 4-cü yeri tutan komanda avrokuboka qatılır.

Xatırladaq ki, Azərbaycan artıq 3 klub Avropa kubokuna vəsiqəni təmin edib. Bunlar “Qarabağ” (Çempionlar Liqası), “Sabah” və “Neftçi”di (Konfrans Liqası).