• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Nail Kərimov: “Bu heyəti qorumaq bizim üçün çətin olacaq” - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

2-06-2023, 17:0

Bu yay avrokuboklara yollanacaq qatarın sonuncu sərnişini “Qəbələ” oldu.

“Qırmızı-qaralar” mövsümboyu sabit və baxımlı oyunu ilə futbol ictimaiyyətinin rəğbətini qazandı. Bölgə təmsilçisi məqəsədə çatsa da, şənbə günü Elmar Baxşıyevin komandasını 2022/23 “futbol ili”ndə daha bir həlledici qarşılaşma gözləyir. “Neftçi” ilə keçiriləcək ölkə kubokunun finalı ərəfəsində “qırmızı-qaralar”ın baş meneceri Nail Kərimovla söhbətləşdik. Klub rəsmisi premyer-liqadakı çıxışı dəyərləndirdi, transfer məsələsinə toxundu, ictimaiyyət arasında gəzən bəzi söhbətlərə münasibət bildirdi.

- Düzdü, qarşıda sizi daha bir oyun – ölkə kubokunun həlledici matçı gözləyir. Buna baxmayaraq, mövsümü dəyərləndirməyinizi istərdik.
- Finalın nəticəsindən asılı olmayaraq, geridə qalan mövsümü bizim üçün uğurlu saymaq olar. İstər komandanın sərgilədiyi oyun, istər kollektivə qoşulan yeni futbolçuların performansı, istərsə də başqa sahələrdəki iş və nəticələr baxımından “futbol ili”ni müsbət dəyərləndirə bilərik. Həm əsas komandamız, həm də akademiyamız qarşıya qoyulan vəzifəni, demək olar, yerinə yetirdi. Təbii ki, kuboku da qazanmaq istəyirik. Bunu da bacarsaq, lap yaxşı olar.

- Rəhbərliyi geridə qoyduğumuz mövsümdə ən çox narahat edən nə oldu?
- Təbii ki, belə məsələlər, çətinliklər də az olmadı. Amma bunun olması normaldı. Hamıya məlumdu ki, çempionatın əvvəlində maliyyə sarıdan sıxıntımız var idi. Bu hələ də davam edir. Ancaq çalışırıq necəsə yoluna qoyaq. Yeni sponsorlarımızın olduğunu da vurğulamaq lazımdı. İşin futbol tərəfi ilə yanaşı, marketinq sahəsində də təqdirəlayiq addımlar atıldı və atılmaqda da davam edəcək.

- Komandanın uğurlu çıxışı futbolçularınıza marağı artırıb. Əldə etdiyimiz məlumata görə, bir çox oyunçularınız – həm yerlilər, həm də legionerlər - premyer-liqanın digər təmsilçilərinin maraq dairəsinə düşüb. Hazırkı heyəti qoruya biləcəksiz?
- Komanda yaxşı oynayırsa, boyundan yuxarı tullanmağı bacarırsa, futbolçulara təkliflərin olmasını normal qarşılaşmaq lazımdı. Rəsmi olmasa da, bilirik ki, bəzi klubların yaxşı büdcəsi var. Növbəti mövsüm üçün oyunçularımıza daha sərfəli müqavilə şərtləri təklif olunur. Əlbəttə, bu heyəti qorumaq bizim üçün çətin olacaq. Buna baxmayaraq, əlimizdən gələni edirik. Buna nə dərəcədə nail ola biləcəyimizi isə zaman göstərəcək.

- Heç şübhəsiz, komandanı tərk edənlərlə yanaşı, yeni qoşulanlar da olacaq. Transfer çalışmaları baxımından nə yenilik var və ya gözlənilir?
- Yeni oyunçulara baxırıq. Danışıqlar gedir, müzakirə aparırıq. Kiminləsə anlaşsaq, ictimaiyyətə bu barədə məlumat veriləcək. Hələ ki bu yöndə konkret danışıq apardığımız, ortaq məxrəcə gəldiyimiz futbolçu yoxdu.

- İki gündən sonra ölkə kubokunun finalında “Neftçi” ilə oyununuz var. Qarşılaşmanın “Bakcell Arena”da keçiriləcəyini nəzərə alsaq, “ağ-qaralar” dəstək baxımından sizdən bir addım öndədi. Həlledici görüşə qəbələli azarkeşlərin marağı necədi, komanda azarkeşinə güvənə bilər?
- Qəbələli azarkeşlərin də final görüşünə marağı böyükdü. Azarkeş kütləsinin əsas hissəsi Qəbələdədi. Ordan bura gəlişin asan olmadığını nəzərə alsaq, dəstək üçün minlərlə azarkeşimizin Bakıya gələcəyini söyləmək düzgün olmaz. Fikrimcə, bizə ayrılan yerin dolacağına ümid edə bilərik.

- Son günlər klubun fəxri prezidenti Tale Heydərovun yenidən “Qəbələ”yə böyük maliyyə ayıracağı ilə bağlı söz-söhbət dolaşır. Söylənilənlərə inansaq, komandanın uğurlu çıxışı Tale bəyi yenidən futbola dönməyə sövq edib. Mümkünsə, bu məsələyə münasibət bildirərdiz.
- Bu sualı şərh etmək, münasibət bildirmək istəmirəm. Belə bir şey yoxdu, müzakirə olunmayıb. Bunlar şayiədən başqa bir şey deyil.

- Komandanın baş məşqçisi Elmar Baxşıyevlə də bağlı xəbərlər yayılır. Bəzi mətbu orqanlarda onun yeni mövsümdə “Neftçi”nin “sükanı arxasında” olacağı yazılır...
- Elmar müəllimlə birlikdə növbəti mövsümün planlarını qururuq, seçimlərimizi edirik. Mətbuatda adı hansısa klubla yanaşı hallana bilər. Ancaq bizə baş məşqçimizlə bağlı nə rəsmi, nə də şifahi müraciət olub. Odu ki, bunu da növbəti şayiə saya bilərik.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

25-10-2022, 13:0

“Hazırda eniş yaşayırıqsa, deməli, nəyisə düz etmirik” - Nail Kərimov

Ölkə futbolu / Manşet

31-05-2023, 22:0

Vaqif Heydərli "transfer bazarı”nın hərəkətli keçəcəyini düşünür - AÇIQLAMA

Aktual / Ölkə futbolu

1-05-2023, 16:0

Arif Əsədov maraqlı final gözləyir

Ölkə kuboku

2-06-2023, 13:0

Ölkə kuboku: "Neftçi" final sayında "Qarabağ"ı geridə qoyub

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Bu gün, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Bu gün, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Bu gün, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Bu gün, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Bu gün, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Bu gün, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Bu gün, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Bu gün, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Bu gün, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Bu gün, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Bu gün, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Bu gün, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Bu gün, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 197
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 137
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə