Ağırlıqqaldıranlarımız "Qran-pri"də iştirak edəcəklər

6.06.2023 10:52 204
İdman
Azərbaycan ağırlıqqaldıranları iyunun 8-də Kubanın paytaxtı Havanada start götürəcək Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Qran-prisində iştirak edəcəklər.

"Football-plus.az" xəbər verir ki, 11 gün davam edəcək turnirdə Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) körpücük üzərinə çıxacaq.

2024-cü ildə Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışa 72 ölkədən 409 idmançının qatılacağı gözlənilir.