İki paralimpiyaçımız "Qran-pri" yarışında iştirak edəcək

11.05.2023 11:55 250
İdman
Azərbaycanın iki paralimpiyaçısı İtaliyanın Cesolo şəhərində keçiriləcək "Qran-pri" yarışında iştirak edəcək.

"Football-plus.az" xəbər verir ki, atletika üzrə paralimpiya çempionları Orxan Aslanov və Lamiyə Vəliyeva adıçəkilən turnirdə mübarizə aparacaqlar.

Onlar bu gün start götürəcək Qran-priyə qatılmaq üçün İtaliyaya yollanıblar. Turnir mayın 15-dək davam edəcək.

Qeyd edək ki, "Qran-pri" bu ilin iyulunda Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatına lisenziya qazandırır.