Qarabağ qaziləri İsveçrə "Qran-pri"sində iştirak edəcəklər

23.05.2023 17:04 250
İdman
Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə millisinin üzvləri, Qarabağ qaziləri Ömər Bozbaxov və Ramiz Sadıqlı İsveçrənin Notvil şəhərində keçiriləcək Qran-pridə iştirak edəcəklər.

"Football-plus.az" xəbər verir ki, onlar nüvə itələmə növündə mübarizə aparacaqlar.

Hər iki atlet Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün təşkil edilmiş tibbi təsnifatdan uğurla keçib.

Qran-pri cari ilin iyulunda Fransanın paytaxtı Parisdəki dünya çempionatına lisenziya qazandırır.

Qeyd edək ki, daha əvvəl yığmanın üzvü, Qarabağ qazisi Rasim Yaxin dünya çempionatında iştirakını təmin edib.