Ağırlıqqaldıranlarımız İrəvandakı Avropa çempionatında nə vaxt çıxış edəcəklər?

14.04.2023 10:00 283
İdman
Azərbaycan ağırlıqqaldıranlarının Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər bəlli olub.

"Football-plus.az" Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ilk olaraq körpücük üzərinə Nazilə İsmayılova çıxacaq. 49 kq çəki dərəcəsində mübarizə aparacaq idmançı aprelin 15-də qüvvəsini sınayacaq.

Kişilərin yarışında 67 kq çəkidə çıxış edəcək İsa Rüstəmov aprelin 17-də, 73 kq-dakı Ömər Cavadov aprelin 18-də, nəhayət 102 kq-dakı Əli Şükürlü aprelin 22-də yarışacaq.

Qeyd edək ki, Avropa çempionatı 15-23 apreldə təşkil olunacaq.