İngiltərə kubokunun 2022/23 mövsümünün qalibi müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, finalda “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub edən “Mançester Siti” kuboka sahib çıxıb. Komandanın əsas bombardiri Erlinq Hollann bu dəfə də meydanı qol vurmadan tərk edib. Norveçli hücumçunun qolsuzluq seriyası 4 oyuna çatıb. O, son iki ildə ilk dəfə belə uğursuz seriya ilə diqqəti cəlb edib.
Xatırladaq ki, premyer-liqada 35 oyuna 36 qol vuran 22 yaşlı Erlinq sonuncu dəfə mayın 14-də keçirilən “Everton”la matçda (3:0) qapıya yol tapa bilib.