• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Futbolçu olmaq istədi, cinayətkar oldu

Dünya futbolu

5-06-2023, 20:0

Yaxın keçmişin tanınmış futbolçularından olan Mark van Bommel artıq məşqçilik sahəsində də sözünü deməyə başlayıb.

“Football-plus.az” xəbər verir ki, 46 yaşlı niderlandlı mütəxəssis hazırda Belçika təmsilçisi “Antverpen”i çalışdırır. Bu klub həftəsonu 1957-dən bəri ilk çempionluğu qazanmağa çox yaxındı.

Bu arada Vam Bommellə bağlı Niderland mətbuatında maraqlı bir xəbər peyda olub. Hadisə ötən ilin oktyabrında baş veribmiş. Axşam saatlarında maşını ilə evinə qayıdan məşqçi öz həyətlərinin parkinq yerində bir nəfərin hücumuna məruz qalıbmış. Kimliyi bilinməyən şəxs əvvəlcə Van Bommelin üzünə işıq salandan sonra əlindəki tapança ilə ona hədə-qorxu gəlməyə başlayıb. Böyük qorxu yaşayan və təşvişə düşən məşqçi maşını arxaya verməyə başlayıb. Bu zaman onun maşını həyətdə dayanmış “Mersedes”lə toqquşub. Hər iki maşına ziyan dəyib. Hay-küy yarandığını və işlərin plan üzrə getmədiyi görən silahlı şəxs hadisə yerindən qaçıb. Təbii ki, Van Bommel dərhal hadisə ilə bağlı polisə məlumat verib. Polislər onun maşınında xüsusi “AirTag” cihazı aşkarlayıblar. Hücum edən şəxs həmin cihazı əvvəlcədən maşına yapışdıraraq Van Bommelin hansı istiqamətdə getdiyini və sonda da onun evini müəyyənləşdirib. Amma polislər məhz həmin cihazın sayəsində əvvəlcə hücum edən şəxsin telefon nömrəsini, sonra da özünü tapıblar.
Məlum olub ki, hücum edən şəxsin adı Camaleh Habandı. O, yaşının 17 olduğunu iddia etsə də, polislər onun yaşının 25 olduğunu müəyyənləşdiriblər. İşi aparan tədqiqatçılar əvvəlcə bunun sıradan bir oğurluq hadisəsi olduğunu düşünürdülər. Amma sonradan ortaya qəribə və ağlasığmaz faktlar çıxdı. Camaleh Habanın telefonunda səs yazısı aşkarlandı. Həmin səs yazısını o, Van Bommeli qorxudaraq ona dinlətmək istəyirmiş. Hər şey sonradan bəlli oldu. Sən demə, Haban oğru deyilmiş. O, hədə-qorxu yolu ilə “Antverpen”in oyunçusuna çevrilmək arzusunda idi və klubun ona rəsmi təklif irəli sürməsini istəyirdi!

Ərəb dilində olan həmin səsli mesajda bunlar qeyd olunmuşdu:

“Qulaq as, Mark. Bu məsələdən sənin və ailə üzvlərinin həyatı asılıdı. Mənə klubun peşəkar futbolçusu olmağa şərait yarat. Polisə müraciət etmə. Etsən, səni və ailəni öldürəcəyik. Harda yaşadığınızı bilirik”.


Davam edən məhkəmə prosesində Van Bommelin vəkili bildirib ki, bu hadisədən sonra o, yaşadığı qorxu üzündən evdə gecələmir və yalnız oteldə qalır. Vəkil qarşı tərəfdən psixoloji zərbənin kompensasiyası kimi 5 min avro tələb edir. Amma Van Bommel tək bununla kifayətlənmək istəmir. O, Camaleh Habanın 5 illiyə həbs olunmasını tələb edir. Beləcə, futbolçu olmaq istəyən şəxs sonda cinayətkar oldu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-05-2022, 20:0

Van Bommel özünə Belçikada iş tapdı

Dünya futbolu

12-08-2022, 21:0

“Ayaks”ın kapitanı soyğunçuların hücumuna məruz qalıb

Dünya futbolu

17-04-2023, 19:0

“Udineze”nin müdafiəçisi maşını ilə …bara girdi

İdman

22-03-2023, 20:0

Marko “Mersedes”i titula iddialılar sırasında görmür

Dünya futbolu

27-12-2022, 13:0

Tite soyğuna məruz qaldı

Aktual
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Son xəbərlər
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 95
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə