• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Son tura xanım laysmanlar damğa vurdu - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa

5-06-2023, 14:0

Təxminən 10 ay sürən uzun marafon ötən həftə başa çatdı. Premyer-liqanın son turu həm elitanı tərk edəcək, həm də avrokuboklara yollanacaq sonuncu komandanı müəyyənləşmək baxımından maraqlı idi.

Ədalət təmsilçilərinin də üzərinə ağır yük düşəcəkdi. Sevindirici haldı ki, Barış Şimşəyin tələbələri çempionatın son turunda ədalətsizliyə yol vermədi. Oyunlara təyinat alanların hamısı, demək olar, işinin öhdəsindən gəldi.

"Football-plus.az" reportyorlarının qeydlərinə keçid alaq.

Səbail – Şamaxı, İNQİLAB MƏMMƏDOV

Hər iki komanda üçün çox vacib oyun idi. Məhz bu qarşılaşmada elitanı tərk edəcək komandanın adı bəlli olacaqdı. İlk yarıda İnqilab Məmmədovun üzərinə çox iş düşmədi. Baş hakim ilk dəqiqələrdən sərt üzünü göstərmişdi deyə, həm meydan sahiblərinin, həm də qonaqların futbolçuları intizamlı oynamağa çalışırdı. Hakim 45 dəqiqə oyunun “ip”ini əlində saxlaya bildi. İkinci hissədə isə vəziyyət bir qədər qəlizləşdi. 69-cu dəqiqədə şamaxılı azarkeşlər hakimə qərarı ilə bağlı etiraz etdi. Top “Səbail”in cərimə meydanıçasında Emil Martinovun əlinə dəymişdi. Lakin İnqilab bəy oyunu davam etdirdi. 90+4-cü dəqiqədə isə Elmir Tağıyev Əkpər Vəliyevə kəllə atdığına görə meydandan qovuldu. Bu qərarlarda Məmmədov haqlı idi. Ümumiyyətlə, referi matçı ideala yaxın səviyyədə idarə etdi.

Neftçi – Sabah, RƏVAN HƏMZƏZADƏ
Derbi olduqca həyəcanlı keçdi. Rəvan Həmzəzadənin idarəçiliyi də qarşılaşmaya bir az maraq qatdı. Şəkili referi çox səhvə yol vermədi. “Neftçi”nin qolu zamanı Eddi İsrafilov Coy-Lens Mikelsə qarşı qaydanı pozmuşdu. Lakin Həmzəzadə bunu oyun epizodu kimi dəyərləndirdi. Aleksey Kaşuk penaltini qaçırandan sonra isə Kenni Sayef Namik Ələskərova qarşı qaydanı pozsa da, referi matçı davam etdirdi. Amma sonradan VAR-ın müdaxiləsi ilə epizodu yenidən izlədi. Bu proses təxminən 5-6 dəqiqə çəkdi. Yekunda Həmzəzadə əvvəlki qərarını qüvvədə saxladı.

Qarabağ – Turan Tovuz, ƏLİ ƏLİYEV
Komandalar yüksək tepmdə oynamadığından hakimin işi az idi. Bu baxımdan Əli Əliyev üçün matçı idarə etmək o qədər də çətin olmadı. Ümumiyyətlə, hakim sanki gözə görünmək istəmirdi. Bu səbəbdən azarkeşlər ikili mübarizələrlə zəngin oyun izlədi. Əli Əliyev bəzi sərt müdaxilələri kobudluq kimi dəyərləndirməyib şifahi xəbərdarlıqla kifayətləndi. Yalnız Redorik Miller sarı vərəqə ilə cəzalandırıldı ki, bu da haqlı qərar idi. Əliyevə “Turan Tovuz”un yeganə qolunu qeydə almaqda VAR kömək etdi. Zərif cinsin nümayəndəsi olan yan xətt hakimləri də işlərinin öhdəsindən gəldi. 34-cü dəqiqədə Musanın qolunda ofsaydı görən xanımın qərarını VAR təsdiqlədi. Bir sözlə, qarşılaşma hakim idarəçiliyi baxımından səs-küysüz ötüşdü. Ümumilikdə Əliyevin idarəçiliyini qənaətbəxş saymaq olar.

Qəbələ - Kəpəz, CAVİD CƏLİLOV
Oyunda hakimlərin üzərinə böyük düşmədi. Ədalət təmsilçilər yalnız iki dəfə diqqət mərkəzinə düşdü. 14-cü dəqiqədə Felipe Santos müdafiənin arxasına əla ötürmə ilə Ramon Maçadonu “gördü”. Forvard qapıçını da keçəndən sonra yerdə qaldı. İlk baxışdan onun qolkiperin müdaxiləsiylə yıxılması təəsüratı yaransa da, hakim epizoda daha yaxın olduğundan, VAR-dan da müdaxilə gəlmədiyindən qapıdan zərbə ilə matçı davam etdirdi. İlk hissəyə əlavə olunan dəqiqədə Santos qapı önünə asma edərkən top İdris İnqilablının əlinə dəydi. Referi haqlı olaraq penalti nöqtəsini göstərdi. Oyun zamanı "qara paltarlı"nın göstərdiyi vərəqələrin hər biri düzgün idi. Ümumiyyətlə, referilərin işinə yeganə əngəl havanın isti olmasıydı. Buna rəğmən, onlar işinin öhdəsindən gəldi.

Sumqayıt – Zirə, TURAL QURBANOV
“Kapital Bank Arena”da keçirilən matç sanki bir artistin benefisi idi. Meydan sahibləri elitada qalmaq problemini bir tur öncə həll etdiyindən, “qaratallar”la matça motivasiyasız çıxmışdı ki, bu da hakimin işini yüngülləşdirmişdi. Tural Qurbanov “Zirə”nin tam üstünlüyü şəraitində keçən 90 dəqiqəni idarə etməkdə çətinlik çəkmədi. Onun laysmanlarla anlaşması da yüksək səviyyədə olduğundan oyun ərzində, demək olar ki, mübahisə doğuran epizod yaşanmadı. Gənc referi çempionatın son oyununda özünü yaxşı tərəfdən göstərə bildi.

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

7-05-2022, 15:0

İnqilab Məmmədovdan şübhəli qərar

Yazarlar

6-02-2023, 13:0

Həsənli Qəbələdə, Əhmədov Bakıda işləri korladı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

15-09-2022, 14:0

Yalnız İnqilab Məmmədov yarıtmadı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

29-12-2022, 16:0

Nicat nicatı VAR-da gördü… - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
Son xəbərlər
  • Bu gün, 16:38
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Bu gün, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Bu gün, 15:59
    La Liqada yeni təyinat
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 234
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə