• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şagird ilk dueldə müəllimə uduzdu, Patrisio AL-in yeni rekordunu müəyyənləşdirdi - ŞƏRH

Avropa Liqası

15-05-2023, 15:0

Mayın 11-də Avropa Liqasının (AL) yarımfinalına start verildi. İtaliyada keçirilən ilk oyunlardan biri ev sahiblərinin qələbəsi ilə, digəri isə heç-heçə nəticələndi.

"Football-plus.az" xəbər verir ki, “Sevilya” və “Roma” ayın 18-nə təyin olunan cavab görüşünə müəyyən üstünlüklə çıxacaq.

yarımfinal, ilk oyunlar
Yuventus - Sevilya 1:1

Qatti, 90+7 - Ən-Nəsiri, 26.

Yuventus (İtaliya): Şçensnı, Kuadrado, Danilo, Bonuççi (Qatti, 62), Aleks Sandro, Lokatelli, Kostiç (Aylinq, 46), Miretti (Kyeza, 46), Rabyo, Di Mariya (Poqba, 70), Vlahoviç (Milik, 61).

Sevilya (İspaniya): Bunu, Akunya, Bade, Navas, Qudel, Fernando, Okampos (Montyel, 34), Rakitiç, Torres (A.Qomes, 73), Xil (Lamela, 81), Ən-Nəsiri.

22-ci dəfə qitə kuboklarının yarımfinalında oynayan və bu göstəriciyə əsasən “Real” (37), “Bavariya” (28) və “Barselona”dan (26) geri qalan “Yuventus”un finala çıxmasının asan olmayacağı aydın məsələ idi. Zarafat deyil, əvvəlki mərhələdə “Mançester Yunayted”i mübarizədən kənarlaşdıran “Sevilya” AL-in son 10 mövsümündə 5-ci dəfə yarımfinala çıxmış və bu müddətdə turnirdə 4 dəfə çempion olmuşdu. Komandaların avrokuboklardakı əvvəlki qarşılaşmalarında üstünlük İtaliya klubunun tərəfində idi:

“Yuventus” Çempionlar Liqasının (ÇL) qrup turnirlərində pireneylilərə iki dəfə qalib gəlmiş və bir oyunda uduzmuşdu. Amma “qoca sinyora”nın qitə arenasında İspaniya komandalarına evdəki son iki matçda uduzduğunu (“Barselona”ya 0:2, “Vilyarreal”a 0:3) da xatırladaq. “Sevilya” Turinə hər iki səfərində qol vura bilməmişdi.

Əndəlüslər bu seriyanı cümə axşamı qırdılar. Qonaq komanda ilk hissədə çox yaxşı təsir bağışladı. Şçensnı Okamposun iki təhlükəli zərbəsini dəf etməsəydi, matçın nəticəsi böyük ölçüdə fasiləyə qədər məlum ola bilərdi. Doğrudu, Vlahoviçin də bir dəqiqə ərzində iki dəfə Bununun qoruduğu qapıya yol tapmaq şansı oldu. Amma ilk yarıda hesabı yalnız Ən-Nəsiri dəyişə bildi. Mərakeşli hücumçunun 26-cı dəqiqədə Okamposun ötürməsini dəyərləndirməsi oyunun məntiqi axarına uyğun idi.

Fasilədən sonra Kyeza ilə Aylinqi mübarizəyə qoşan Massimiliano Alleqri komandasının oyununa canlanma gətirməyi bacardı. “Yuventus”un təşəbbüsə yiyələnməsi qonaqları müdafiəyə daha böyük qüvvə ilə çəkilməyə məcbur etdi. Sevilyalılar uzun müdddət inamla müdafiə olunsalar da, son anda böyük təzyiqə tab gətirə bilmədilər. Əsas vaxta əlavə olunan 7-ci dəqiqədə künc zərbəsindən sonra Poqbanın ötürməsinə reaksiya verən müdafiəçi Qatti ev sahiblərini məğlubiyyətdən qurtardı. Qələbəni finişdə əldən verən “Sevilya” istənilən halda evə qənaətbəxş nəticə ilə yollandı.

Roma - Bayer-04 1:0
Bove, 63.

Roma (İtaliya): Patrisio, Çəlik, Mançini, Kristante, İbanyes, Spinatsola, Matiç, Bove (Viynaldum, 76), Pelleqrini, Belotti (Dibala, 76), Abraham.

Bayer-04 (Almaniya): Qradetski, Frimponq, Tapsoba, Kossunu (Bakker, 36), Ta, İnkapye, Palasios, Andrix (Amiri, 90+2), Diabi (Adli, 72), Virts, Qlojek (Azmun, 72).

Şagird müəlliminə qarşı – “Roma”nın yarımfinalda “Bayer-04”ə rəqib olması ilk növbədə bu fikri ağla gətirir. Məsələ ondadı ki, Almaniya klubunun 41 yaşlı çalışdırıcısı Xabi Alonso 2010-13-cü illərdə “Real”da Joze Mourinyonun rəhbərliyi altında oynayıb. Onların 10 ildən sonra AL-in finaldan əvvəlki mərhələsində qarşılaşması müəllimin, yoxsa şagirdin qələbəsi ilə nəticələnəcəyi sualını labüd edib.

Maraq üçün qeyd edək ki, Mourinyo avrokubokların bu mərhələsində 12-ci sınağını verir və o, indiyədək 5 dəfə müxtəlif turnirlərin qalibi olub. Tanış simaların ilk duelindən əvvəl “Roma” və “Bayer-04” arasında qitə arenasındakı rəqabətdə bərabərlik vardı: ÇL-in qrup mərhələsindəki oyunlarda hərəyə bir qələbə qazanan tərəflər iki dəfə “sülh”ə razılaşmışdılar.

Meydana ciddi itkilərlə çıxan “Roma” böyük dəstək aldığı azarkeşlərini qələbə ilə sevindirməyi bacardı. Amma leverkuzenlilər oyun planında rəqibdən geri qalmadılar, hətta bəzi epizodlarda romalıları üstələyirdilər. Fərq onda oldu ki, 63-cü dəqiqəyə təsadüf edən epizodda Bove hesabı açdı. Amma 20 yaşlı yarımmüdafiəçinin qol vurmasında Abrahamın böyük rolu olduğunu qeyd etməliyik.

Qonaqların ən yaddaqalan şansını Frimponqun boş qapıya yönələn zərbəsinə reaksiya verən Kristante heçə endirdi. Matçda gərginlik və intriqa sona qədər mövcud oldu. Amma Patrisionun qapısına yol tapa bilməyən “Bayer-04” Almaniyaya məğlub qayıtdı. Yeri gəlmişkən, portuqaliyalı qapıçı AL-də 67-ci oyununu keçirdi. 35 yaşlı futbolçu turnirin bu adla təşkil edildiyi 2009/10 mövsümündən indiyədək rekord sayda matça çıxıb. Ruyun “ikinci dərəcəli” qitə kubokunda “Vulverhempton” və “Sportinq”in qapısını qoruduğunu da xatırladaq. Amma onu və komandasını Leverkuzendə asan sınaq gözləməyəcək.

Hər halda, romalılar finala vəsiqə qazanmaq üçün daha çox tər tökməli olacaqlar.

Bombardirlər: Bonifas (Yunion), Reşford (Mançester Yunayted) – 6, S.Ximenes (Feyenoord) - 5.

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

22-04-2023, 14:0

Avropa Liqasında 1-ci oldu

Manşet / Avropa Liqası

12-05-2023, 01:0

"Roma"dan qələbə, Turində bərabərlik - YENİLƏNİB

Dünya futbolu

13-05-2023, 15:0

Avropa Liqasında hamını qabaqladı

Manşet / Avropa Liqası

21-04-2023, 01:0

Avropa Liqası: Yarımfinalçılar bəlli oldu - YENİLƏNİB

Avropa Liqası

16-03-2023, 21:0

Avropa Liqası: “Fənərbaxça” cavab oyununda “Sevilya”dan revanş almağa çalışır - YENİLƏNİR

Dünya futbolu / Manşet

14-04-2023, 01:0

"Feyenoord" "Roma"nı, "Yuventus" "Sportinq"i məğlub etdi - YENİLƏNİB

Aktual
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
“İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Son xəbərlər
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Dünən, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Dünən, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Dünən, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Dünən, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Dünən, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 167
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 144
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 114
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə