Başa çatan mövsümdə “Kəpəz”in liderlərindən olan, komandanın düşünən beyni Ahmed Ayzayanın karyerasını harda davam etdirəcəyi hələ məlum deyil.
Gəncə klubu Ahmedi sıralarında saxlamaq istəsə də, futbolçu “sarı-göylər”in rəhbərliyindən düşünmək üçün vaxt istəyib. “Football-plus.az” saytına daxil olan məlumata görə, nigeriyalı yarımmüdafiəçinin xidmətində premyer-liqanın bəzi klubları maraqlıdı. Onların arasında “Qəbələ” ilə yanaşı, paytaxt təmsilçiləri də var.
Ayzayanın sabiq klubu “Zirə”yə dönməsi də istisna olunmur. Xatırladaq ki, 28 yaşlı yarımmüdfiəçi 2022/23 mövsümündə “qartallar”ın uğurları üçün tər töküb. Bir il əvvəl Rəşad Sadıqovla aralarında yaşanan fikir ayrılığı səbəbindən ölkənin ikinci ən böyük şəhərinin təmsilçisinə yollanan nigeriyalının özünü yaxşı tərəfdən göstərməsi Bakıətrafı qəsəbə klubunun yenidən ona maraq göstərməsinə səbəb olub.
RƏŞAD