• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi”ylə bağlı cavabsız suallar... - KÖŞƏ

Ölkə futbolu / Manşet

2-06-2023, 13:0

Mövsüm başa çatan kimi Azərbaycan futbolunu avrokuboklarda təmsil edəcək klubların şanslarının dəyərləndirilməsi təbii haldı. Yenə də böyük ümidlərlə yayı gözləyirik. Arzulayırıq ki, “Qarabağ”ın uzun illərdən bəri açdığı cığırı başqaları da davam etdirsin, qrup mərhələsindəki təmsilçilərimizin sayı artsın. Bəs bu arzu nə dərəcədə realdı?

Avropanın yaşıl meydanlarında bizi təmsil edən 4 klubdan biri də “Neftçi” olacaq. Ölkənin ən qocaman klubu beynəlxalq arenada artıq bir dəfə ilk imza atıb. 2012-ci ildə rəhmətlik Böyükağa Hacıyevin çalışdırdığı “Neftçi” Avropa Liqasının qrup mərhələsinə yüksəlməklə tarixi uğura imza atmışdı. Bununla da “ağ-qaralar” ölkə klubları arasında qitəmiqyaslı kubokların qrup mərhələsinə yüksələn ilk klub olmaqla cığıraçan rolunu oynamışdı. Təəssüf ki, “Neftçi” indi o günlərin xiffətini çəkir. Həm tarix, həm də səviyyə baxımından o möhtəşəm günlər, başgicəlləndirici uğurlar uzaqdadı. Ondan sonrakı mövsümlərdə “Neftçi” bu uğuru təkrarlamağı bacarmayıb. Klub rəhbərliyi iddia edir, azarkeşlər inanırdı ki, “ağ-qaralar” çempion olsa və mübarizəyə Çempionlar Liqasından başlasa, uğur qazanmaq da asanlaşacaq.

Belə düşünənlərin fikrinə görə, Çempionlar Liqasına qatılan “ağ-qaralar” ən azı Konfrans Liqasının qrup mərhələsinə düşməyi bacaracaq. Amma bu ümidlər də doğrulmadı. “Neftçi” Çempionlar Liqasından mübarizəyə başlayıb, Konfrans Liqasında Avropa ilə vidalaşdı. “Olimpiakos”a “ilişəndən” sonra nə Avropa Liqasında, nə də Konfrans Liqasında mərhələ keçmək mümkün oldu.

İndi həmin ümidlər yenidən cücərir. Ölkə çempionatında bürünc medal qazanan “Neftçi” kubokda da finala çıxıb. Həlledici görüşün nəticəsindən asılı olmayaraq, “ağ-qaralar” Azərbaycan futbolunu Konfrans Liqasında təmsil edəcək. Bəs bu təmsilçilik nə dərəcədə uğurlu olacaq? “Ağ-qaralar”ın qitə kuboklarındakı mübarizə yolu hara qədər uzanacaq? Razılaşaq ki, bunu təxmin etmək çox çətindi. Ən azı ona görə ki, “Neftçi”nin adı ətrafında xeyli cavabsız suallar var. Bu sualların cavabı tapılmadan komandanın Konfrans Liqasına hansı səviyyədə yollanacağı, məsul yarışa necə hazırlaşacağı qeyri-müəyyəndi. Rumıniyalı mütəxəssis Laurentsiu Regekampf hər nə qədər soyuqqanlı görünməyə çalışsa da, “Neftçi”dəki gələcəyinin qeyri-müəyyən olduğu heç kimə sirr deyil. Paytaxt təmsilçisi final görüşündən qalib ayrıla bilməsə, çətin ki, klubun Müşahidə Şurası yola onunla davam etmək istəyəcək. Şəxsən mənim üçün Regekampfın finaldakı mümkün məğlubiyyətdən sonra Rumıniyaya yollanması və bir daha Bakıya dönməməsi təəccüblü olmaz.

Rumıniyalı mütəxəssisin gələcəyi barədə qərar veriləndən sonra “Neftçi”nin avrokubok perspektivi barədə daha inamlı danışmaq, təxminlər irəli sürmək mümkündü. Çünki yeni baş məşqçinin gəlişi ilə heyətdə böyük dəyişikliklərin olacağı da şübhə doğurmur. Bu isə hər şeyin sıfırdan başlanması deməkdi. Yaxşı yadımızdadı ki, ötən mövsüm Regekampf avrokuboklardakı uğursuzluğu hazırlıq üçün vaxtın az olmasına bağlamışdı. Özü də çoxbilmiş rumın bu yaxınlarda verdiyi müsahibədə yenidən həmin məqamı xatırlatmış, yeni mövsüm barədə daha inamlı görünməyə çalışmışdı. Deməli, onun əvəzləyicisi üçün bu “kozır” da keçərli olacaq. Bəli, sabitlik hər bir komanda üçün yaxşı haldı. Uzun müddət bir komandada çalışan mütəxəssisin uğur qazanmaq şansı daha çoxdu. Amma burda da şübhə doğuran məqam Regekampfın “Neftçi” üçün nə dərəcədə uğurlu məşqçi olmasıdı. Mövsüm ərzində onun xüsusi bacarığına, komandaya yeni ruh verməsinə, hansısa oyunu məşqçi bacarığı sayəsində qazandığına şahidlik etmədik.

Baş məşqçinin kimliyi qədər vacib olan digər sual kapitan Emin Mahmudovun “Neftçi”dəki gələcəyidi. İstedadlı futbolçu bu mövsüm səviyyəsini ortaya qoymağı bacarıb, “Neftçi”nin xilaskarı rolunda çıxış edib. Onun vurduğu vacib qollar “ağ-qaralar”ın qazandığı uğurlarda böyük pay sahibidi. Onun gedişi ilə “Neftçi” təkcə liderini yox, xilaskarını da itirmiş olacaq. Çətin ki, Eminin gedişiylə yaranan boşluğu tezliklə doldurmaq mümkün olsun. Mahmudovun bitməkdə olan müqaviləsinin müddətini uzatmağa tələsməməsi, tərəddüd içində olması şübhələri daha da artırır. Görünən odu ki, kapitan komandanı tərk etməyə meyillidi. Ya Çempionlar Liqasında oynamaq, ya da daha çox qazanmaq həvəsi Emini “Neftçi”dən” ayıra bilər...

Göründüyü kimi, “Neftçi”ylə bağlı yetərincə cavabsız suallar var. Klub rəhbərliyi əvvəlcə bu suallara cavab tapmalıdı. Sonrası isə elə sonranın işidi.

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Ölkə kuboku

27-04-2023, 10:0

“Neftçi” ölkə kubokunda yeni rekorda imza atdı

Yazarlar

19-03-2022, 20:0

85 yaşlı “Neftçi”nin bayram sevinci - KÖŞƏ

Ölkə kuboku

21-12-2022, 14:0

"Neftçi" kubokda rekorda imza atdı

İdman

31-08-2022, 13:0

"Qarabağ"ın azarkeşləri sevindirəcəyinə inanıram" - Fərid Qayıbov

Aktual
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
Son xəbərlər
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Dünən, 18:00
    Şimali Amerikaya yollandı
  • Dünən, 17:32
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Dünən, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Dünən, 15:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Dünən, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Dünən, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Dünən, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Dünən, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Dünən, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Dünən, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Dünən, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Dünən, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Dünən, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Dünən, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 06:28
    Cəlalın komandası qalib gəldi
  • 9-08-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 9-08-2026, 22:0
    Romadan Milana üz tuta bilər
  • 9-08-2026, 22:0
    "Səbail" 4 legioner transfer etdi
  • 9-08-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 9-08-2026, 21:0
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • 9-08-2026, 20:0
    Rahil Məmmədov "Turan Tovuz"da
Daha çox
Oxunub: 275
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 100
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə