Dioqo Jota klubunun yeni təklifini qəbul edib.
Football-plus.az xəbər verir ki, hücumçu “Liverpul” ilə yeni müqavilə imzalayıb.
25 yaşlı oyunçu ilə müqavilənin müddəti 2027-ci ilin iyununa kimi uzadılıb.
Qeyd edək ki, Jota “qırmızılar”ın sıralarında 2020-ci ilin sentyabrından çıxış edir. Portuqaliyalı futbolçu komandada 85 oyun keçirib, 34 qol vurub və 9 qolun ötürməsini verib.