Taekvondo üzrə Dünya Çempionatında ikinci günün püşkü atıldı

29.05.2023 21:51 416
İdman
Bakıda keçirilən Taekvondo üzrə Dünya Çempionatında ikinci günün püşkü atılıb. Püşkə əsasən Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, 58 kq çəkidə dayan üzərinə çıxacaq Qaşım Maqomedov ilk mərhələdən azaddı. O, 1/32 finalda Kay Çenq (Çin) – Denis Bllaca (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək.

Komandamızın lideri Fəridə Əzizova (67 kq) mübarizəyə 1/16 finaldan başlayacaq. O, ilk qarşılaşmasında Kristina Teaçot (ABŞ) - Justina Koşalkovska (Polşa) cütünün güclüsünü sınağa çəkəcək.

Sabah bu 2 çəki dərəcəsi üzrə, həmçinin qadınlarda 73 kq-da keçiriləcək döyüşlər saat 09.00-da başlayacaq.

Qeyd edək ki, mundialın ilk günündə kişilərdə 68 kq, qadınlarda 57 kq çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.