“Azərlotereya”nın bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib

30.05.2023 17:59 234
İdman
Müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Azərlotereya” ASC-nin bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüş edib.

"Football-plus.az" xəbər verir ki, yürüş iştirakçıları bələdçilərin müşayiəti ilə Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”ni fəth ediblər.

Alpiniada iştirakçıları Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, Azərbaycan və Türkiyə bayraqlarını “Heydər zirvəsi”ndə dalğalandırıblar. Lentə alınan həmin görüntüləri təqdim edirik.



“Azərlotereya”nın bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib






Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul