Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə bu gün Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi, eləcə də, idman federasiyalarının, gənclər təşkilatlarının nümayəndələri Fəxri Xiyabanı ziyarət ediblər.
"Football-plus.az" xəbər verir ki, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad olunub.