MOK rəsmiləri "Heydər zirvəsi"nə bayraq sancıblar

12.07.2022 09:12 341
İdman
Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi münasibətilə MOK-un rəsmiləri, olimpiyaçılar və “ReAzerbaijan” üzvlərindən ibarət qrup “Heydər zirvəsi”nə qalxıb.

Football-plus.az Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevin rəhbərlik etdiyi qrup üzvləri 14 saatlıq yürüşün sonunda MOK-un 30 illik loqosunun əks olunduğu bayrağı “Heydər zirvəsi” nə sancıblar.

Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin mürəkkəb relyefinə baxmayaraq, qrup üzvləri yüksək əhval-ruhiyyə və qürurla “Heydər zirvəsi”nə qalxıblar. Ulu Öndərin əziz xatirəsi yad edilib və Azərbaycan bayrağı dalğalandırılıb. Dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə MOK-un İdman İdarəsinin direktoru Həsənağa Rzayev, idman idarəsinin işçiləri Vaqif Əliyev, İntiqam Səfərov, Beynəlxalq əlaqələr İdarəsinin direktoru Anar Bağırov, Marketinq İdarəsinin üzvləri Səkinə Vəliyeva, Ruslan Məmmədov, Olimpiya çempionları Nazim Hüseynov, Fərid Mansurov, olimpiyaçı Fəridə Əzizova, həmçinin “ReAzerbaijan”ın təsisçisi Adnan Hüseyn, blogerlər Orxan Aslanov, Vəfa Əli, Fuad Tağıyev, Həvva Səfərova, Cəfər Nəcəfov və başqalarından ibarət qrup qalxıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul