PSJ-nin qapıçısı "Milan"ın hədəfində

5.01.2023 19:21 272
Dünya futbolu
PSJ-nin qapıçısı karyerasını A seriyasında davam etdirə bilər.

Football-plus.az xəbər verir ki, Serxio Riko "Milan"a keçməyə razılıq verib. "Rossoneri" onu mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədi. Paris klubu isə hazırda bu müqaviləni təsdiqləmək istəmir. Buna səbəb Keylor Navasın komandadan ayrılmaq ehtimalı olmasıdı.