PSJ-nin qapıçısı evinə girən qarətçini qovdu

14.11.2022 23:10 329
Dünya futbolu
PSJ-nin qapıçısının başına xoşagəlməz hadisə gəlib.

Football-plus.az xəbər verir ki, parislilərin qolkiperi Serxio Riko mənzilinə daxil olan oğrunu qorxudub. Futbolçu Yelisey meydanı yaxınlığındakı evinə müdaxilə edən şəxslə qarşılaşıb. O, qarətçini itələyib və cinayətkar qəniməti qoyub qaçıb.