Kılıçdaroğlu: ''Qalib gəlsəm, oyunlar TRT-də yayımlanacaq''

28.05.2023 14:51 286
Dünya futbolu
Türkiyədə bu gün prezident seçkilərinin 2-ci turu keçirilir.

"Football-plus.az" xəbər verir ki, səhər saat 9-dan başlayan səsvermə 18.00-a qədər davam edəcək. Prezidentliyə namizəd, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun son açıqlaması diqqət çəkib. Daha öncə əsas rəqibi Rəcəp Tayyib Ərdoğanı TRT-də birlikdə verilişə çıxmağa dəvət edən və ''Ərdoğan mənim qarşıma çıxmağa cəsarət etməz'' deyən Kılıçdaroğlu bu dəfə bildirib ki, prezident seçiləcəyi təqdirdə Türkiyə çempionatının oyunları uzun illər öncə olduğu kimi yenə TRT-də yayımlanacaq:
''Seçkilərdə qalib gəldikdən sonra ilk qərarlarımdan biri futbol üzrə ölkə çempionatı ilə bağlı olacaq. Oyunların artıq şifrəsiz olaraq TRT-də göstərilməlidi. Millətin ən kiçik əyləncəsini, zövqünü də əlindən alıblar. Bununla da milləti TRT ilə barışdıracam. TRT həqiqətən də millətin kanalına çevriləcək''.